İyun 12, 2018 08:02 Asia/Baku
  • İran və Çin ticarət mübadilələrində milli valyutadan istifadəyə keçir
    İran və Çin ticarət mübadilələrində milli valyutadan istifadəyə keçir

İranın iqtisadiyyat və maliyyə naziri deyib: İran və Çin arasında imzalanmış anlaşma sənədinə əsasən iki ölkə ticarət mübadilələrində milli valyutadan istifadə edəcəklər.

Məsud Kərbasiyan bazar ertəsi günü İran prezidentinin Çinə olan səfəri və bu səfər çərçivəsində 4 əməkdaşlıq sənədinin imzalanması haqda deyib: Bu sənədlərdən biri İranın İqtisadiyyat və Maliyyə Nazirliyi ilə Çinin İnfrastrukturların İnkişafı Təşkilatı arasında imzalanmış sənəddir. Bu sənəd iki ölkənin maliyə resurslarından istifadə edərək, birgə sərmayə qoyuluşunun həyata keçirilməsi və ticarət mübadilələrində milli valyutdadan istifadə haqdadır. 

M.Kərbasiyan həmçinin deyib: Bu sənədə əsasən hər iki ölkənin ticarət əlaqələri "Bir yol, bir kəmər" prinsipi əsasında müəyyən edilib və bu prinsipə əsasən hər iki ölkənin "yol xəritəsi"ndəki payının təyin olunmasına təkid edilib. 

Teqlər