İyun 21, 2018 13:30 Asia/Baku
  • Zərif: ABŞ-ın xarici siyasəti böhran içindədir

İran xarici işlər naziri "ABŞ-ın xarici siyasəti böhran içərisində" başlıqlı məqalədə yazıb: Əhatəli Müştərək Təşəbbüs Proqramı Sakit okean hövzəsində ticarət ortaqlığı, Paris İqlim Sazişindən sonra ABŞ hökumətinin çıxdığı üçüncü beynəlxalq sazişdir.

Cümə axşamı günü İranın Kütləvi İnformasiya Vasitələrində dərc olunan məqalədə Məhəmməd Cavad Zərif bildirib: ABŞ-ın hazırkı hökuməti öz hərəkətləri ilə bir çox saziş, o cümlədən NAFTA, Azad Ticarət Sistemi və BMT-nin bir neçə strukturunu təhlükə ilə üzləşdirib və çoxtərəflilik və diplomatik yollarla ixtilafların həlli perspektivinə böyük zərbə vurub. 

Zərif həmçinin bildirib: ABŞ-ın yeni baş katibi 21 may 2018-ci il tarixində İranla əlaqədar əsassız, təhqiramiz, müdaxiləçi tələb və təhdidlər irəli sürdü. Bu isə tanınmış beynəlxalq standartlar və beynəlxalq hüquq normalarına zidd hərəkətlərdir. 

İran xarici işlər naziri əlavə edib: Mayk Pompeonun 12 şərti ona görə gülüncdür ki, ABŞ-ın özü çoxtərəfliliyi zəiflətmək istiqamətində hərəkət etdiyinə görə təcridlə üzləşib. 

İran xarici işlər naziri yazıb: Mayk Pompeo İran İslam Respublikası ilə müzakirə və anlaşma üçün şərt təyin edir. Halbuki dünya ictimaiyyəti ABŞ-ın hazırkı hökuməti ilə hər hansı məsələdə müzakirə və anlaşmanın mümkün olması prinsipinə ciddi şəkildə şübhə ilə yanaşır. 

Teqlər