İyun 22, 2018 20:26 Asia/Baku
  • İran gələn həftələrdə nüvə sazişindən çıxa bilər
    İran gələn həftələrdə nüvə sazişindən çıxa bilər

İran xarici işlər nazirinin müavini nüvə sazişinin xüsusi nəzarətlərdə olduğunu bildirərək xəbərdarlıq edib ki, İran gələn həftələr ərzində nüvə sazişindən çıxa bilər.

Abbas İraqçı Euro News televiziyası ilə müsahibədə deyib: Nüvə sazişi hazırda xüsusi nəzarətdədir. Avropa tərəfləri ilə razılaşma əldə olunmazsa, Tehran bu sazişdən çıxa bilər. Bu mümkündür.

İraqçı əlavə edib: İran sazişi qorumağa maraqlıdır. Lakin ABŞ-ın nüvə sazişindən çıxmasından sonra tarazlıq və balans qorunmalıdır. ABŞ-ın nüvə sazişi haqda qərarından sonra, saziş tarazlığını itirdi. Avropa ölkələri və nüvə sazişinin digər tərəfləri İranın bu sazişdə qalmasını istəyirlərsə, onların Vaşinqtonun olmamazlığı və İrana qarşı sanksiyaların yenidən tətbiq olmasının əvəzini çıxmalıdırlar.

Teqlər