İyul 24, 2018 14:46 Asia/Baku
  • General Baqeri: İran xalqına qarşı hər cür təhdid dağıdıcı cavabla üzləşəcək
    General Baqeri: İran xalqına qarşı hər cür təhdid dağıdıcı cavabla üzləşəcək

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi bir bəyanatda ABŞ-ın hakim dairələrinin militarist mövqelərinə işarə edərək, vurğulayıb: İranın silahlı qüvvələri İran xalqına qarşı hər bir səviyyədə olacaq hər cür təhdidə dağıdıcı və peşmanedici cavab verəcəklər.

General-leytenant pasdar Mohəmməd Baqeri bu gün bir bəyanatda deyib: Amerika prezidentinin yanlış təsəvvürləri İranın xalqı və silahlı qüvvələrinin heyrətləndirici qabiliyyətləri qarşısında heç vaxt həyata keçməyəcəkdir.

General-leytenant Baqeri bu bəyanatda Amerika prezidentinin iqtisadi sanksiyaların tətbiqi yolu ilə İran xalqının sıralarında parçalanma və çaxnaşma yaratmaq üzrə illüziyasına işarə edərək, vurğulayıb: İran xalqı düşmənlər, xüsusən Amerika, saxta sionist rejim və onların muzdurları ilə qarşılaşmada öz birliyini qorumaqla düşmənin bütün fitnələrini uğursuz qoyubdur.

İran xalqının heç bir savaşın başlayıcısı olmadığını qeyd edən İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi söyləyib: İran İslam Respublikası daim regionda sülh, sabitlik və dincliyin bayraqdarı olub; Fars Körfəzi və Hörmüz boğazında böyük qüdrət kimi daima beynəlxalq iqtisadiyyat üzrə bu həyati su yolunda gəmiçiliyin təhlükəsizliyinə zamin olub və bu bölgədə hər bir tədbiri görmək qüdrətinə də malikdir.

Teqlər