Avq 21, 2018 08:49 Asia/Baku
  • Zərif Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib
    Zərif Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib

İran İslam Respublikası xarici işlər naziri bazar ertəsi gecə Twitterdə bir müraciətdə səadətli Qurban bayramının gəlişi münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.

İRİB-in məlumatına görə, Məhəmməd Cavad Zərif bu müraciətdə xatırladıb: Bəzilərinin müsəlmanlar arasında təfriqə yaratmağa çalışdıqları problemli dövrdə islam dünyası səadətli Qurban bayramını şənlik etmək üçün bir araya gəlir. Harada olmasından asılı olmayaraq bütün müsəlmanlara çox şən bayram arzulayıram. 

Çərşənbə günü 10 zilhəccə 1439-cu hicri qəməri ili, 22 avqust 2018-ci il müsəlmanların böyük bayramlarından səadətli Qurban bayramıdır. 

Səadətli Qurban bayramında Allah Evinin ziyarətinə gedən hacılar Allahın buyruğuna əsasən və onun razılığı üçün qurbanlıq edir və böyük ilahi peyğəmbər Həzrət İbrahimin (ə) xatirəsini canlandırır və yad edirlər.