Sen 11, 2018 14:26 Asia/Baku
  • Xərrazi: Dünya ölkələri ABŞ-ın İranla bağlı siyasətlərinə qarşıdır
    Xərrazi: Dünya ölkələri ABŞ-ın İranla bağlı siyasətlərinə qarşıdır

İran İslam Respublikasının Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: Amerika İrana qarşı siyasətlərini zorakılıq, quldurluq və təhdid ilə izləməyə çalışır.

İRNA-nın məlumatına görə, Kamal Xərrazi bazar ertəsi günü Pekin Beynəlxalq Araşdırmalar Universitetində keçirilən "Hazırkı məqamda İranın xarici siyasəti" adlı iclasda deyib: ABŞ-ın məqsədlərində dəyişikliyin müşahidə edilmədiyi və Vaşinqtonun İran xalqı və dövlətinə qarşı zorakılıq və təhdid siyasətindən əl çəkmədiyi zamana kimi Tehran ABŞ ilə hər hansı bir mövzuda müzakirə aparmayacaq.

Xərrazi əlavə edib: ABŞ rəsmiləri İran, Çin, Rusiya və hətta, müttəfiqləri olan Avropa ölkələrini ABŞ-ın dünya hegemoniyası üçün təhdid hesab edir. Onların baxışında heç bir ölkənin siyasi, hərbi və regional fəaliyyətləri ABŞ-ın hegemoniyasına mane olmamalıdır.

Xərrazinin dediyinə görə, ABŞ-ın zorakılığa əsaslanan bu rəftarının əsas məqsədi İran xalqı və dövlətinə zərbə vurmaqdır. Buna görə də ABŞ-ın rəftarları dözülməzdir və İran dost ölkələrin köməyi ilə ABŞ-ın zorakılığı qarşısında dayanmağa çalışacaq.

Teqlər