Sen 16, 2018 15:00 Asia/Baku
  • General heydəri:İrana qarşı təhlükə yoxdur
    General heydəri:İrana qarşı təhlükə yoxdur

İran İslam Respublikası Quru Qoşunlarının komandanı deyib: İranı heç bir təhlükə təhdid etmir və ölkə heç bir müharibə ərəfəsində deyil

General Mayor Kiyumərs Heydəri bu gün Həmədanda müxbirlər qarşısında etdiyi çıxışında müqəddəs müdafiə dövrünün şəhidlərinin hazırkı stabillik və sakitlikdəki rollarını vurğulayaraq deyib: Heç bir ölkənin İranı təhdid etmədiyinə baxmayaraq hazırlığı həmişə qorumaq lazımdır və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrər Ayətullah Xameneinin buyurduqları kimi, daima üzümüzü səngərdə hiss etməliyik. 

İran ordusu quru qoşunlarının komandanı həmçinin İranın önləyicilik gücünə toxunaraq deyib: İranla düşmən ölkələr bu gün qeyri-hərbi məkirlərə əl atırlar və bu İranın silahlı qüvvələrində öz ayaqları üstə dayanmaq prinsipinin reallaşmasının nəticəsidir.

General Heydəri xatırladıb: İranın silahlı qüvvələrinin bütün hərbi təchizatları ölkə daxilində istehsal edilir və İran İslam Respublikası əcnəbilərə heç bir ehtiyacı yoxdur. 

İran ordusunun quru qoşunlarının komandanı deyib: İranın silahlı qüvvələri bu gül elə bir gücə malik olublar ki, hərhansı etimal olunan təhdidə qətiyyətli cavab verəcəklər. 

Teqlər