Sen 17, 2018 13:13 Asia/Baku
  • İraq parlamentinin yeni sədri İranı himayə etdi
    İraq parlamentinin yeni sədri İranı himayə etdi

İraq parlamentinin yeni sədri İran İslam Respublikasına qarşı təxribat hərəkətləri üçün İraq ərazisindən istifadəyə qarşı olduğunu bildirərək, İraqı və qonşu ölkələri müdafiə üçün nə lazımdırsa edəcəyini deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraq parlamentinin yeni sədri Məhəmməd Hələbusi dünən azar günü Əl-Hədəs telekanalına verdiyi müsahibədə xarici siyasətlə bağlı mövqeyi haqda deyib: Parlament üzvləri İrana qarşı istənilən növ təzyiq və iqtisadi sanksiya ilə müxalifdirlər və bu addımın zalımcasına olduğunu düşünərək, İran xalqının kənarında qalacaqlar. 

İraqın yeni parlament sədri həmçinin, İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə telefon danışığına işarə edərək, deyib: İraq regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində İran ilə əməkdaşlıqları davam etdirməyə hazırdır. İraq xalqı və parlamenti İranın keçmişdə və hazırda İraqa olan yardımlarını xüsusilə ölkənin İŞİD-in işğalından azad edilməsinə dəstəyini yüksək qiymətləndirir. 

Hələbusi yeni baş nazirin seçilməsi haqda da deyib: Bu seçim İraqın ali dini təqlid mərcəyi Ayətullah Əli Sistani tərəfindən təyin edilmiş şərtlər və xüsusiyyətlər əsasında baş tutacaq. 

O, həmçinin deyib: Yeni baş nazirin seçilməsi üçün ən yaxşı həll yolu xarici müdaxilə olmadan iraqlı qruplar arasında müzakirədir. 

15 sentyabrda İraq parlamentinin üzvləri Məhəmməd Hələbusini yeni parlament sədri seçiblər. Bəşir Əl-Həddad və Həsən Kərim Əl-Kəbi isə onun müavinləri seçiliblər. 

Teqlər