Okt 15, 2018 21:29 Asia/Baku
  • Bərhum Saleh: İraq çəkişmələrdən uzaq qalmalıdır
    Bərhum Saleh: İraq çəkişmələrdən uzaq qalmalıdır

İraq prezidenti ABŞ dövlət katibinin müavini ilə görüşdə Bağdadın beynəlxalq siyasi çəkişmələrdən və regional böhranlardan kənarda saxlanılmasını və İraqın vəziyyətinə diqqətin göstərilməsini zəruri adlandırıb.

Suməriyə Nyus-un verdiyi məlumata görə Bərhum Saleh bazar günü ABŞ dövlət katibinin müavini ilə görüşdə İraq hökumətinin milli maraqlar çərçivəsində daxili sabitliyə, abadlıq və quruculuğa habelə, infrastrukturların inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını deyib.

Digər tərəfdən İraq Parlamentinin üzvləri ABŞ hərbçilərini İraqı tərk etməyə məcbur edəcək qanun layihəsi hazırlamaq istəyirlər. İraqlı siyasi qruplar ABŞ-ın İraqın daxili işlərinə müdaxilələsini azaltmaq qərarına gəliblər.

İraq prezidenti Bərhum Saleh ABŞ dövlət katibinin müavini Con Salivan ilə görüşdə İraqın regional və beynəlxalq çəkişmələrdən kənarda qalmasını vacib məsələ adlandıırb və deyib: İraqın vəziyyətini nəzərə almaq lazımdır. O, daha sonra İraqın müstəqilliyi və milli hakimiyyətinə təkid edib. i

İraqda keçirilən son seçkilərdə nakam qalan ABŞ indi də İraqdakı hərbi iştirakını itirmək təhlükəsi ilə üzləşib.

İraq parlamentindəki siyasi fraksiyalar hal hazırda yeni bir qanun layihəsi hazırlamağa çalışırlar. Bu qanun layihəsinə əsasən İraqdakı ABŞ hərbçiləri bu ölkəni tərk etməli olacaqlar.

Digər tərəfdən İraqın müqavimət qrupları ABŞ hərbçilərinə Bağdad hökuməti ilə ahəngdar qaydada ölkəni tərk etməkdən imtina edəcəkləri təqdirdə, silah gücünə onları İraqı tərk etməyə məcbur edəcəklərinə dair xəbərdarlıq ediblər. Bu qruplar bildiriblər ki, ABŞ hərbçilərinin İraqdakı iştirakı İraqın müstəqilliyi, ərazi bütövlüyü və milli birliyini təhdid edir və terrorçuların fəaliyyətinə zəmin yaradır.

 

Teqlər