Okt 22, 2018 10:43 Asia/Baku
  • Aİ 4 noyabra kimi İran banklarından birini beynəlxalq maliyyə şəbəkəsinə qoşmaq istəyir
    Aİ 4 noyabra kimi İran banklarından birini beynəlxalq maliyyə şəbəkəsinə qoşmaq istəyir

Fransa və İran Parlamentlərarası Dostluq Qrupunun fransız rəisi Avropa İttifaqının nüvə anlaşmasının qorunması üzrə səylərinə təkid edərək, deyib: ABŞ-ın İrana qarşı sanksiyaların ikinci mərhələsini icraya qoyması ərəfəsində İran banklarından birinin beynəlxalq maliyyə şəbəkəsinə qoşulmasına çalışırıq.

İRİB-nin verdiyi məlumata görə, Filip Bonekar bazar günü Tehranda təşkil etdiyi mətbuat konfransında deyib: 4 noyabra kimi ən azı bir İran bankının, banklar arası beynəlxalq maliyyə şəbəkəsinə (SWIFT) qoşulmasına çalışırıq. Bu yolla sanksiyalara məruz qalmayan xidmət və məhsulların mübadiləsini həyata keçirmək üçün bank və pul əməliyyatlarının aparılmasına şəraitin yaradılmasına səy göstərilir. 

Bonekar həmçinin deyib: İran nüvə anlaşmasındakı iqtisadi mənafeyindən faydalanmalıdır. İran rəsmiləri ilə görüşlərdə avropalıların bu xüsusda iranlılara təqdim edə biləcəkləri həll yollarına dair müzakirə aparacağıq. 

Fransa və İran Parlamentlərarası Dostluq Qrupunun fransız və iranlı həmsədrlərinin mətbuat konfransı bazar günü axşam İran İslam Şurası Məclisində baş tutub. 

Avropa ölkələri ABŞ-ın birtərəfli və qeyri-qanuni şəkildə İran ilə nüvə anlaşmasından çıxdığını elan etdiyi zamandan, bu beynəlxalq anlaşmanın qorunmasına çalışır və ABŞ-ın anlaşmadan çıxmasına rəğmən İranın anlaşmaya sadiq qalmasını istəyirlər. 

İran və Avropa ölkələri nüvə anlaşmasının davam edə bilməsi və İranın bu anlaşmanın iqtisadi mənfəətindən faydalana bilməsi üçün müzakirə edirlər. 

Teqlər