Okt 24, 2018 11:18 Asia/Baku
  • Rusiya: Moskva, Tehran və Ankara əməkdaşlığı Suriyada vəziyyəti dəyişdi
    Rusiya: Moskva, Tehran və Ankara əməkdaşlığı Suriyada vəziyyəti dəyişdi

Rusiya xarici işlər nazirinin müavini İran və Türkiyə rəsmiləri ilə Moskvada baş tutan üçtərəfli görüşdə deyib: Moskva, Tehran və Ankara əməkdaşlığı Suriyada vəziyyəti dəyişdi.

İRNA-nın məlumatına görə, Sergey Verşinin çərşənbə axşamı İranın xarici işlər nazirinin köməkçisi Hüseyn Cabiri Ənsari və Türkiyə xarici işlər nazirinin müavini Sadat Unal ilə görüşdə deyib: Terrorçular üzərində qəti qələbə və Suriya məsələləri üçün siyasi həll yolunun tapılması Suriyada Astana prosesinə zəmanət verən ölkələrin əldə etdikləri ən böyük uğurdur. 

Rusiya xarici işlər nazirinin müavini Rusiya, İran və Türkiyə arasındakı əməkdaşlığın Suriyada münaqişə tərəflərinə siyasi həll yoluna doğru hərəkət etməkdə kömək etdiyini bildirib və deyib: Astana müzakirələri çərçivəsində olan əməkdaşlıqlar Suriyada vəziyyətin yaxşılığa doğru dəyişməsinə imkan yaradıb. 

Astana müzakirələri 2017-ci ilin iyulunda Rusiya, İran və Türkiyə arasında başlandı. Bu müzakirələrdə məqsəd Suriyada sülhün bərqərar edilməsi idi. 

Astana müzakirələrinin başlıca nəticəsi Suriyada təhlükəsiz zonaların yaradılması oldu. 

Suriya böhranı 2011-ci ildə ABŞ və Ərəbistanın himayə etdiyi terrorçuların bu ölkəyə hücum etməsi ilə başlandı. 

Teqlər