Noy 18, 2018 08:44 Asia/Baku
  • Narkotik qaçaqmalçıları ilə qarşıdurmada İranın bir hüquq-mühafizə məmuru şəhid olub
    Narkotik qaçaqmalçıları ilə qarşıdurmada İranın bir hüquq-mühafizə məmuru şəhid olub

İranın Kerman vilayətinin "Rudbare cənub" şəhrestanının təminat şurasının sədri bu vilayətin narkotik maddələrlə mübarizə polislərindən birinin narkotik qaçaqmalçıları ilə qarşıdurmada şəhid olmasndan xəbər verib.

Əbuzər Ətapour qeyd edib ki, kiçik serjant Səccad Cərcəndi şənbə günü gecə "Rudbare cənub" şəhrestanında narkotik qaçaqmalçıları ilə qarşıdurmada şəhadət dərəcəsinə çatıbdır.

İran İslam Respublikası dünyada narkotik qaçaqmalçıları ilə mübarizənin ön xətti kimi bu yolda üç mindən çox şəhid və bu rəqəmdən yuxarı yaralı təqdim edibdir.

BMT  İranı narkotik qaçaqmalçıları ilə mübarizənin bayraqdarı adlandırıbdır.