Yan 10, 2019 00:08 Asia/Baku
  • Cabiri Ənsari: Tehran və Moskva arasındakı sıx əməkdaşlıqlar davam edir

İran İslam Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi İran və rusiyanın regionun müxtəlif məsələlərinin həlli ilə bağlı sıx əməkdaşlığının iki ölkənin ahəngdar və koordinasiya edilmiş siyasət yürütməsinə səbəb olduğunu deyib.

İRNA-nın məlumatına görə, İranın xarici işlər nazirinin köməkçisi Hüseyn Cabiri Ənsari  Rusiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Moskvaya olan səfəri zamanı verdiyi açıqlamada deyib: Hadisələrin sürəti və İran ilə Rusiya arasındakı əməkdaşlıqlar iki ölkə arasında davamlı olaraq fikir mübadilələrinin aparılmasını və qarşılıqlı səfərlərin həyata keçirilməsini bir zərurətə çevirib.

Cabiri Ənsari həmçinin deyib: Bu səfər zamanı Rusiya xarici işlər nazirinin müavinləri Sergey Verşinin və Mixail Boqdanov habelə, rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev ilə görüşüb, Suriyadakı son durumu habelə, Ərəb dünyası və beynəlxalq məsələləri müzakirə edəcəyik.

İranın xarici işlər nazirinin köməkçisi əlavə edib: İran Rusiya və Türkiyə ilə yanaşı yaxın günlərdə üçtərəfli Astana iclasında da iştirak edəcək.

İran regionun təsirli ölkələrindən biri olaraq daim regional məsələlərin o cümlədən Suriya böhranının siyasi yollarla həll edilməsinə təkid edir.

Astana müzakirələri 2017-ci ilin yanvarında İranın təşəbbüsü və Rusiya ilə Türkiyənin iştirakı ilə Suriyada sülhün bərqrar edilməsi məqsədi ilə start götürüb. Bu müzakirələrin başlıca nəticəsi Suriyada təhlükəsiz zonaların yaradılması olub.

Teqlər