Fev 15, 2019 09:01 Asia/Baku
  • Şəhidlərin cənazələri müşayiət olunub

Xaş-Zahidan şosesində İran sərhədçilərindən 27 nəfərin şəhid olması ilə nəticələnmiş 14-cü İmam Hüseyn diviziyasının döyüşçülərini daşıyan avtobusa qarşı kamikadze hücumundan sonra şəhidlərin cənazələri bu gün Zahidan hava limanında müşayiət olunub.

Vətənin təhlükəsizliyinin qoruyucularından 27 lalənin cənazəsi Zahidan hava limanında müşayiət edilib.

Bu 27 lalə vətən torpağının müdafiəsi sahəsindəki tapşırığını ən yaxşı şəkildə başa vurub.

Müsahibə: Öz postlarını dəyişmək üçün sərhəddən qayıdan əziz qardaşlarımızdan bir qrupu bir kamikadze avtomobilinin hücumuna məruz qalıbdır ki, bu əzizlərdən 27 nəfəri şəhid olub, 12 nəfəri isə yaralanıbdır.

Sepah komandanının intiqam vədi xalqın yarasına bir məlhəmdir.

Müsahibə: Bu terrorçuların himayədarlarından, həm də bu terrorçuların başçılarından sərt intiqam alacağıq. Bu dünyanın hər yerində olurlarsa-olsunlar, intiqam alacağıq. Biz haçan söz vermişiksə, sözümüzə əməl etmişik.

Təkfirçi terrorçular yaxşı bilirlər ki, daha qarşı-qarşıya savaş üçün bir yolları yoxdur, zira bu döyüşcülərin hər birinin qətiyyətli cavabını dadıblar.

Müsahibə: Göstərilmiş səylərlə ilahi Fəcr ongünlüyü günlərində bir iş görə bilmədilər və bu kor-koranə işi bizim günahsız məmurlarımız üçün gördülər.

Və bu gün Sistan və Bəluçestan qövmləri bu təkfirçi cərəyanı xarolma mənbəyi bilirlər.

Müsahibə: Sistan və Bəluçestan vilayəti əhalisinin birliyi baxımından şiə və sünninin heç bir təsiri yoxdur və əhalinin birliyi daha da artır.

Düşmənin nəhs planının aradan götürülməsi üçün müalicə resepti Böyük İnqilab Rəhbərinin strateji planıdır, bu yol bizi zirvəyə çatdıraraq, bədxahları məyus edəcəkdir.

İranlı ailələrinin təhlükəsizliyi və asayişi bu ən yaxşı insanların canfəşanlığına və qanına borcludur.