Fev 19, 2019 12:36 Asia/Baku
  • Laricani: Ortaq maraqlar Çin-İran həmkarlıqlarının güclənməsinə səbəb olubdur
    Laricani: Ortaq maraqlar Çin-İran həmkarlıqlarının güclənməsinə səbəb olubdur

İran İslam Şurası Məclisinin sədri Pekinə səfərinin ən mühüm məqsədini əlaqələrin inkişaf etdirilməsi adlandırıb və deyib ki, İran və Çinin ortaq maraqları ikitərəfli həmkarlıqların güclənməsinə səbəb olubdur.

Çin xalq konqresinin sədri Li Tszyan Sunun dəvəti ilə bir nümayəndə heyəti ilə Pekinə səfər edən Əli Laricani yerli vaxtla bu gün səhər tezdən Pekin hava limanına daxil olarkən müxbirlər qarşısında əlavə edib: Bu səfərdə parlament müzakirələrindən əlavə, iqtisadi, elmi, mədəni və siyasi əlaqələr səviyyəsinin yüksəldilməsi üçün digər sahələrdə müxtəlif müzakirələr də aparılacaqdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, neft naziri Bijən Namdar Zəngəne, iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd və İran Mərkəzi Bankının baş müdiri Əbdulnasir Hemməti bu səfərdə Laricanini müşayiət edirlər.

Teqlər