Mart 21, 2019 10:11 Asia/Baku
  • İslam inqilabının böyük rəhbərinin 1397-ci il üçün ən önəmli sözü seçilib

" Düzəlişənlər bilsinlər ki, Amerika sönməyə doğru gedir" Həzrət Ayətullahül-üzma Xameneinin bu sözü bir rəy sorğusunda xalq tərəfindən islam inqilabının böyük rəhbərinin 1397-ci il üçün ən önəmli sözü kimi seçilib.

Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin verdiyi məlumata görə, 2019-cü il 18-20 mart tarixində KHAMENEI.IR xəbər portalı tərəfindən islam inqilabının böyük rəhbərinin ən önəmli sözü mövzusundakı keçirilən rəy sorğusunda bu portalın istifadəçiləri  " Düzəlişənlər bilsinlər ki, Amerika sönməyə doğru gedir" sözü seçilmişdir. 

İslam inqilabının böyük rəhbəri 3 noyabr 2018-ci ildə minlərlə tələbə və məktəbli ilə görüşündə düzəlişmə ardınca olanlara ABŞ-ın sönməkdə olduğunu xatırladaraq bildiriblər: Əbəs yerə əsassız planlar hazırlamayın, Amerikanın məhv olması reallıqdır.

1397-ci ildə xalq tərəfindən  islam inqilabının böyük rəhbərinin ikinci və üçüncü yerdə duran ən önəmli sözləri isə bunlardan ibarətdir: " Təslim olmağın xərci müqavimətdən daha çoxdur" və " ABŞ tarixinin ən ağır məğlubiyyəti reallaşacaq" .