Apr 03, 2019 08:49 Asia/Baku
  • Zərif ABŞ dövlət katibinin iddiasını cavablandırıb

İran İslam Respublikasının xarici işlər naziri ABŞ dövlət katibinin İranda seldən zərərçəkənlərə yardım barədəki iddiasına cavab verib.

Məhəmməd Cavad Zərif dünən gecə twitter-də ABŞ dövlət katibinin iddiasını yalan adlandırıb və belə qeyd edib: Beynəlxalq Qızıl Xaç Komitəsinin bildirdiyi kimi, İranın Qırmızı Aypara Cəmiyyəti Ameikanın qanunsuz sanksiyalarına görə, maliyyə yardımı ala bilmir.

İranın xarici işlər naziri bir daha vurğulayıb ki, Amerika öz iqtisadi terrorizmini etiraf etməlidir.

Bundan öncə ABŞ dövlət katibi Mayk Pompeo yalan bir xəbərdə iddia etmişdi ki, Amerika, pulu İranın Qırmızı Aypara Cəmiyyəti vasitəsilə yardım üçün köçürən bir orqan kimi Qızıl Xaç Komitəsinə kömək etməyə hazırdır.

Son günlər İranın müxtəlif məntəqələrində güclü və nadir leysan yağışları çayların daşmasına və sel və daşqınların yaranmasına bais olubdur.

Bu təbii fəlakətdə bir neçə nəfər həyatını itirib, bir neçə şəhər və kəndi də su basıbdır.

Teqlər