Apr 09, 2019 21:35 Asia/Baku
  • İran İslam Şurası Məclisinin üzvləri ABŞ qarşısında Sepah-ın mövqeyinin möhkəmləndirilməsi layihəsini ratifikasiya etdi
    İran İslam Şurası Məclisinin üzvləri ABŞ qarşısında Sepah-ın mövqeyinin möhkəmləndirilməsi layihəsini ratifikasiya etdi

İran İslam Şurası Məclisinin üzvləri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın ABŞ qarşısındakı mövqeyinin möhkəmləndirilməsinə dair qanun layihəsini araşdırdıqdan sonra, bu layihəni iki oxunuşda qəbul ediblər.

İRİB-nin bildirdiyinə görə, bu qanun layihəsinin müqəddiməsində deyilir: ABŞ prezidenti Donald Trampın etiraf etdiyi kimi bu İŞİD-i formalaşdıran elə bu rejimin özüdür və bu terror qruplaşmasının cinayətlərinə görə də elə ABŞ məsuliyyət daşıyır. Və İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İŞİD və digər terrorçu qrupların məhv edilməsində misilsiz rola malik olduğunu nəzərə alaraq, Ağ Ev başçılarının bir ölkənin rəsmi silahlı qüvvələrini terrorçu elan etməsi bütün beynəlxalq qanunlara və əxlaq normalarına ziddir. 

Bu qanun layihəsi 189 lehinə, 2 əleyhinə və 1 bitərəf səs ilə qəbul edildi. 

Teqlər