Apr 18, 2019 13:15 Asia/Baku
  • Zərifin Türkiyə səfəri başa çatdı

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, Türkiyə rəsmilərilə görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, amerikalı hərbçilərin Suriyada iştirakları barədə söhbətlər oldu.

Məhəmməd Cavad Zərif bu gün Ankaranı tərk etməzdən öncə belə deyib: Amerikanın sanksiyalarına rəğmən, İran və Türkiyə müxtəlif mövzularda, o cümlədən ikitərəfli əlaqələrdə İNSTEX mexanizminin yaradılması, iki ölkənin müştərək puldan istifadə etməsi, həmçinin bank məsələləri, enerji və güzəştli tarif sahəsində həmkarlıq edəcəklər.

İranın xarici işlər naziri əlavə edib ki, Türkiyənin hökumət rəsmilərilə Suriya və İdlib mövzusu, Amerikanın Venesuelaya müdaxiləsi və Şimali Afrika hadisələri barədə danışıqlar aparılıb.

Zərif ABŞ hökumətinin bu ölkə konqresinin Vaşinqtonun Yəməndəki müdaxiləsi barədə qəbul etdiyi qərara veto qoyması ilə bağlı belə söyləyib: Bu, sionist lobbinin Amerikanın daxili işlərindəki təsirinin miqdarı barədə ciddi bir nişanədir.

İranın xarici işlər naziri Türkiyədən öncə Suriyaya səfər edib. O, Suriyada bu ölkənin prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlər keçirərək, onlarla ikitərəfli və regional məsələlər barədə söhbət edibdir.

Teqlər