May 03, 2019 15:01 Asia/Baku
  • Birlik və həmrəylik İran xalqının Amerika üzərində qələbəsi rəmzidir

Tehranın cümə namazı xitabətçisi uzaqgörənlik, səhnədə iştirak, müqavimət, birlik və həmrəyliyi İran xalqının Amerikanın və onun müttəfiqlərinin üzərində qələbəsi rəmzi adlandırıb.

Ayətullah Seyyed Əhməd Xatəmi bildirib ki, ötən qırx ildə heç vaxt olmayıbdır ki, Amerika İran xalqı ilə qarşıdurmada olmasın. O, vurğulayıb ki, İran xalqı Amerikanın heybətini sındırdı.

Tehranın cümə namazı xitabətçisi Amerikanın İrana qarşı son hədələrini, həmçinin İslam İnqilabının əvvəlindən Amerikanın başçılıq etdiyi dünya imperializminin hərbi, mədəni, siyasi və iqtisadi müharibələrlə İran xalqı ilə mübarizədə olduğunu xatırladaraq, deyib: İran xalqı son iqtisadi müharibədə də qalib gələcəkdir.

Ayətullah Xatəmi İranın istədiyi qədər neft istehsal və ixrac edəcəyini bəyan edərək, əlavə edib: Amerika hökumətinin bildirdiyi İranın neft ixracatını sıfıra endirəcəyi mümkünsüzdür. Belə ki, ötən qırx ildə Amerikanın İrana qarşı bütün hədələri zərərsizləşdirildi.

Tehranın cümə namazı xitabətçisi əlavə edib: Amerika prezidenti bu ölkənin çoxlu sayda problemə malik olmasına rəğmən, özünü İranla problemə salıb və bu bəhanə ilə bəzi region ölkələrindən bac alır.

Ayətullah Xatəmi Amerika hökumətinin tamahkarlıqlarına işarə edərək, vurğulayıb ki, bu ölkənin dövlət başçıları Venesuela daxil olmaqla digər ölkələrin də qarşısında dayanıb və bu ölkənin qanuni və xalq tərəfindən seçilmiş hökuməti qarşısında oyuncaq ünsürlərə dəstək verirlər.

Tehranın cümə namazı xitabətçisi Ərəbistanda ictimai fəallardan 37 nəfərin edam olunmasını dəhşətli bir cinayət adlandırıb və deyib ki, səud kralının kənarında Amerika prezidenti Donald Tramp da bu cinayət qarşısında susmaqla cinayətkardır.

 

 

Teqlər