İyun 15, 2019 21:07 Asia/Baku
  • Ruhani: Tehran-Düşənbə əlaqələri daha da güclənəcəkdir
    Ruhani: Tehran-Düşənbə əlaqələri daha da güclənəcəkdir

İran prezidenti Tacikistan prezidenti ilə görüşdə əminlik ifadə edibdir ki, iki xalqın iradəsi spektrində qarşılıqlı münasibətlər Tehran-Düşənbə maraqlarının təmini, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində daha da güclənəcəkdir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən beşinci SİKA(CICA) sammitinin kənarında bu ölkə prezidenti İmaməli Rəhman ilə görüşdə bu zirvə görüşünün Tacikistan hökuməti tərəfindən layiqincə keçirilməsinə görə təşəkkür edib. O, iranlı şirkətlərin Tacikistanda iştiraka, bu ölkənin inkişaf və quruculuq layihələrinin icrasında təcrübələrin ötürülməsinə, texniki xidmətlərin daha geniş təqdimatına hazır olduqlarını bildirib.

Tacikistan prezidenti də bu görüşdə vurğulayıb ki, ölkəsi İran İslam Respublikası ilə münasibətləri gücləndirmək əzmindədir. O, iranlı şirkətlərin iştirakı və iki ölkənin özəl şirkətlərinin birgə fəaliyyətinin davam etməsini rəğbətlə qarşılayıb.

 

 

Teqlər