İyun 28, 2019 09:24 Asia/Baku
  • Musəvi: İNSTEKS İranın ehtiyaclarına cavab verməlidir
    Musəvi: İNSTEKS İranın ehtiyaclarına cavab verməlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran ilə Avropa arasında İNSTEKS maliyyə kanalının işə salınması İranın ehtiyaclarına cavab verməlidir və onun faydasız olacağı təqdirdə, İranın sonrakı addımları qətiyyətli olacaqdır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyyed Əbbas Musəvi dünən Avropa ölkələri tərəfindən təklif olunmuş İNSTEKS proqramının icrası haqda deyib: Bu təklif olunmuş mexanizmin icrası indiyədək bəzi sədaqətsizliklər ucbatından təxirlə üzləşibdir.

Musəvi əlavə edib: İran tərəfindən son tarixin təyin olunmasından sonra nüvə anlaşması tərəfləri olan Avropa ölkələri İNSTEKS-in icrasının sürətləndirilməsi istiqamətində hərəkətə keçiblər, amma bu addımlar yetərli olmayıb, zira onun icra tərzi və zamanı İran üçün önəmlidir.

O, həmçinin bu gün İran, Almaniya, İngiltərə, Fransa, Rusiya və Çinin xarici işlər nazirlərinin müavinləri və siyasi müdirləri səviyyəsində Vyanada keçiriləcək nüvə anlaşmasının müştərək komissiyasının iclası barədə deyib ki, bu iclas nüvə anlaşmasında qalmış tərəflərin bu anlaşma qarşısındakı öhdəliklərini icra etmələri üçün son fürsətdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İran İslam Respublikasının sonrakı addımları Avropa ölkələrinin nüvə anlaşması barədəki real addımlarından asılı olacaqdır.

 

 

Teqlər