İyul 01, 2019 06:55 Asia/Baku
  • Təxte Rəvançi: Təzyiq altında müzakirə etməyəcəyik
    Təxte Rəvançi: Təzyiq altında müzakirə etməyəcəyik

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi vurğulayıb ki, İran İslam Respublikasına qarşı sanksiyaların davam edəcəyi zamanadək Tehran müzakirə etməyəcək.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Təxte Rəvançi Amerikanın CNN telekanalı ilə müsahibədə əlavə edib: Vaşinqton nüvə anlaşmasından çıxmağa dair yanlış qərarından geri çəkilməlidir və İran təzyiq və təhdid şəraitində heç vaxt müzakirə etməyəcəkdir.

İranın BMT-dəki daimi nümayəndəsi İranın nüvə anlaşmasındakı qarşı tərəflərin səhlənkarlıqlarına cavabda öz nüvə öhdəliklərini azaltması haqda da deyib: İran İslam Respublikası öz öhdəliklərini pozmur və nüvə anlaşmasında dərc olunmuş maddələrə, eləcə də avropalıların sədaqətsizliklərinə əsasən, öz öhdəliklərini azaltmaq haqqına malikdir.

Təxte Rəvançi İran ilə Avropa arasında maliyyə mexanizmi- İNSTEKS-in işə salınması haqqında da belə deyib: Zaman başa çatmaq üzrədir. Avropalıların mexanizminin işə salınması bir ildən çox vaxt aparıbdır. Avropa tələsməli və xərc çəkməlidir. Əks halda, bu mexanizm faydasız olacaqdır.

İranın BMT-dəki daimi nümayəndəsi həmçinin deyib: İran İslam Respublikası bölgədə gərginlik və çəkişmə yaratmaq ardınca deyil, amma heç vaxt təzyiq altında baş əyməyəcəkdir.

Avropa Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından və sanksiyaların geri dönməsindən sonra İranla müzakirələrdə üzərinə öhdəlik götürdü ki, Amerikanın İrana qarşı sanksiylarını təsirdən salmaq üçün xüsusi maliyyə mexanizmi təqdim etsin.

Nəhayət, Avropa aylar sonra yanvarın 31-də rəsmən İNSTEKS-in işə salındığını elan etdi, amma bu maliyyə kanalı hələ icra olunmayıbdır.

Teqlər