Avq 16, 2019 19:49 Asia/Baku
  • İran Qris-1-in azadlığı üçün heç bir öhdəlik götürməyib
    İran Qris-1-in azadlığı üçün heç bir öhdəlik götürməyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran İslam Respublikası Qris-1 tankerinin azadlığı üçün heç bir öhdəlik götürməyibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün bildirib ki, İran Qris-1 tankerinin Suriyaya getməməsi üçün bir öhdəlik götürməyibdir. O, əlavə edib: İran Suriyanı bütün sahələrdə, o cümlədən neft və enerji sahələrində himayə edir.

Mousəvi İran neftinin qədim və yeni müştərilərə satışının davam etməsinə təkid edərək, deyib ki, bu iş qanunidir və onun heç bir üçüncü ölkəyə dəxli yoxdur.

Teqlər