Avq 21, 2019 20:54 Asia/Baku
  • Zərif: Avropalılar hələ də nüvə anlaşması öhdəliklərinə əməl etməyiblər
    Zərif: Avropalılar hələ də nüvə anlaşması öhdəliklərinə əməl etməyiblər

İran xarici işlər naziri İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmasına işarə edərək, deyib: Avropalılar Amerikanın bu anlaşmadan çıxdığı zamandan bəri hələ öz öhdəliklərinə əməl etməyiblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitunda nüvə anlaşmasında tərəflərin öhdəlikləri və üzvlərin hər biri tərəfindən onların icra olunmaması barədə hazırlanmış mexanizmlərə işarə edərək, əlavə edib: Amerika bu anlaşmadan öz xeyrinə olan bir vasitə kimi istifadə edə bilməz.

Zərif İranın nüvə anlaşmasındakı öhdəliklərini azaltmaq üzrə üçüncü addımına toxunaraq, deyib: Bu addım mütləq öncəki addımlardan daha möhkəm olacaqdır.

O, Amerika prezidenti Donald Trampın proqnozedilməz rəftarına işarə edərək, deyib: Əgər siz gözlənilməz işlər görürsünüzsə, tərəflər də gözlənilməz addımlar atacaqlar ki, bunlar sonda hərc-mərcliyə gətirib çıxaracaqdır.

İranın xarici işlər naziri Fars Körfəzində Amerika və Avropanın hərbi koalisiyasının iştirakına işarə edərək, vurğulayıb: Onlar İran gəmisini Cəbuluttariqdə müsadirə edəcəkləri və İran xalqına qarşı iqtisadi müharibə salacaqları zamanadək Fars Körfəzində təhlükəsizliyi bərqərar etməyə qadir olmayacaqlar.

Zərif əlavə edib: İran Fars Körfəzi və Oman dənizində 1500 kilometrlik su sərhədinə malikdir və heç bir donanma və ordu bu bölgədə təhlükəsizliyi bərqərar edə bilməz.

O, sonra ərəbistan və bəzi bölgə ölkələri tərəfindən hərbi silah satın alınmasının artmasına işarə edərək, bildirib ki, bölgənin təhlükəsizliyi satın alınası deyildir.

Teqlər