Sen 21, 2019 15:13 Asia/Baku
  • General Səlami: İran hər bir təcavüzkara cavaba tam hazırdır
    General Səlami: İran hər bir təcavüzkara cavaba tam hazırdır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: İranın silahlı qüvvələri hər bir təcavüzkara cavaba tam hazırdırlar.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor Hoseyn Səlami bu gün Tehranda Amerikanın vurulmuş və qənimət alınmış pilotsuzlarından ibarət ilk sərginin açılış mərasimində deyib: Bir ölkə İrana hücum edərsə, əsl döyüş meydanı, həmin ölkənin özü olacaqdır.

İranın önləyicilik qüdrəti və müdafiə bacarıqlarına işarə edən general-mayor Səlami əlavə edib: İranın müdafiə imkanları gizlidir və İran İslam Respublikası öz qüdrətinin təkcə bir hissəsini üzə çıxarıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bildirib ki, sanksiya İrana əsl istiqlaliyyət dərsini öyrətdi. O, deyib: Sanksiya səbəb oldu ki, İran öz silahlarının mənzillərini düşmənin uğursuzluğu əsasında tənzim etmiş olsun.

General Səlami həmçinin Tehranda yerləşən "Müqəddəs Müdafiə" adlı muzey-bağda qənimət götürülmüş pilotsuzlar sərgisinin keçirilməsinə işarə edərək, deyib: Bu sərgi İranın düşmənlərin təhdidləri ilə mübarizə sahəsindəki qabiliyyətlərinin kiçik bir nişanəsidir.

Teqlər