Okt 01, 2019 20:06 Asia/Baku
  • General Soleymani: Sepah ABŞ-ın heybətini sındırdı
    General Soleymani: Sepah ABŞ-ın heybətini sındırdı

Sepah-ın Qüds qüvvələrinin komandanı deyib ki, Sepah dünyanın ən böyük və ən təchiz edilmiş ordusunun, yəni Amerika ordusunun heybətini sındırdı və onun puç olduğunu dünya xalqlarına göstərdi.

Sepah-ın Qüds qüvvələrinin komandanı general-mayor pasdar Qasem Soleymani bu gün Tehranda Sepah komandanlarının 23-cü ümumölkə assambleyasında bu orqanı müsəlmanların izzətinin bayraqdarı adlandırıb. O, əlavə edib: Sepah öz inqilabi və tarixi keçmişinə və mahiyyətinin etibarına/ dini və əxlaqi amal və dəyərlərə sədaqətdən uzaq düşməyibdir.

General-mayor Soleymani sonra regionun durumu və anti-sionist müqavimət cəbhəsinin strateji olayları və onların gələcək parametrlərdəki təsirini bəyan edərək, deyib: Düşmən üzərində qələbə yolu açıqdır, amma daim hikmətlə hərəkət etmək lazımdır.

Sepah-ın Qüds qüvvələrinin komandanı əlavə edib: Müqavimət cəbhəsi son 20 ildə müxtəlif strategiyalarla düşmənləri problemlərlə üzləşdirərək, onları məğlubiyyətə uğradıbdır.

 

Teqlər