Noy 09, 2019 14:41 Asia/Baku
  • M. Laricani ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarını tənqid edib
    M. Laricani ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarını tənqid edib

İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarının davam etməsini tənqid edib.

Mohəmməd Cəvad Laricani Cenevrədə, BMT-nin İnsan Haqları Şurasının 34-cü  Qlobal Dövri Hesabat mexanizmi iclasındakı çıxışında bildirib ki, Amerikanın İrana qarşı qanunsuz və insanlıqdan uzaq sanksiyaları məşğulluq, səhiyyə və həyat daxil olmaqla insanın əsas hüquqlarına malik olma, həmçinin iqtisadi və ictimai inkişafın tam şəkildə reallaşmasını maneə ilə üzləşdiribdir.

İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi İranın insan haqları sahəsindəki nailiyyətlərini şərh edərək, Amerikanın insanlığa zidd hərəkətlərini tənqid və belə əlavə edib: İnsan ləyaqəti və insan haqları BMT-nin hədiyyəsi və ya Qərb və Avropa cəmiyyətlərinin göstərişi olmayaraq, İslamda kökə malik olan bizim aqilliyimizin bir hissəsidir.

Amerika prezidenti Donald Tramp 2018-ci ilin may ayında qanunsuz bir qərarda bu ölkəni nüvə anlaşmasından çıxardı və İrana qarşı sanksiyaları qaytardı.