Noy 25, 2019 18:02 Asia/Baku
  • Musəvi: ABŞ rəsmilərinin İranın daxili işlərinə qarışmaları xeyirxahlıq cəhətdən deyildir
    Musəvi: ABŞ rəsmilərinin İranın daxili işlərinə qarışmaları xeyirxahlıq cəhətdən deyildir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika rəsmilərinin İrandakı son çaxnaşmalar barədəki sözləri və müdaxilələri İran xalqı ilə dostluq və xeyirxahlıq cəhətdən deyildir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün daxili və xarici jurnalistlərlə həftəlik brifinqdə İranın bəzi şəhərlərindəki son xoşagəlməz hadisələrə işarə edib. O, deyib: Daha xoşagəlməz məsələ, əcnəbi ölkələrin müdaxilələri idi və İran İslam Respublikası onu pislədi.

Mousəvi bildirib ki, etiraz xalqın haqqıdır və bu məsələ İran İslam Respublikasının əsas qanunda qeyd olunub. O, əlavə edib: İğtişaşçıların və sui-istifadəçilərin hesabı etirazların zəminindən ayrıdır və bilərəkdən bu məsələyə daxil olmuş ölkələr iğtişaşçılara dəstək məsuliyyətini qəbul etməlidirlər.

İran Xarici İşlər Nazirliyinin İctimai və media diplomatiyası şöbəsinin müdiri müxbirimizin”Fordo” nüvə güzəştlərinin Amerika tərəfindən ləğv edilməsi və İran ilə MAQATE arasındakı həmkarlıqların davam etməsi barədəki sualının cavabında deyib: Amerika qanunsuz şəkildə nüvə anlaşmasından çıxdıqdan sonra İranın öhdəlikləri barədə danışa bilməz. Amerika nüvə anlaşmasından çıxıb və İranın nüvə fəaliyyətəri barədə fikir bildirə bilməz.

Mousəvi belə bir halda vurğulayıb: İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin həmkarlıqları davam edir və agentliyin İranın öz öhdəliklərinə sədaqəti barədəki çox sayda hesabatı ikitərəfli həmkarlıqların dərinliyini göstərir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktorunun dövründə bu beynəlxalq orqanın İranla ikitərəfli həmkarlıqları davam edəcək və agentlik bəzi ölkələrin təzyiqlərindən uzaq öz tərəfsizliyini qoruyub saxlamalıdır.

Mousəvi həmçinin Ərəb Liqasının İran tərəfindən Yəmənin yeni səfirinin qəbul olunmasına etirazını rədd edərək, deyib: Sənada yerləşən hökumət Yəmənin qanuni hökumətidir. Bu hökumət avropalılar və BMT daxil olmaqla müxtəlif ölkələrlə dialoq aparır və istədiyi ölkələrə səfir göndərir; Tehran da Yəmənin qanuni hökumətinin səfirini qəbul edərək, onlarla dost ölkə kimi rəftar edir.

 

 

Teqlər