Noy 27, 2019 16:19 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: İran xalqı bir daha öz əzəməti ilə təhlükəli bir planı məhv etdi
    İslam İnqilabının Böyük Rəhbəri: İran xalqı bir daha öz əzəməti ilə təhlükəli bir planı məhv etdi

İslam İnqilabının Böyük Rəhbəri son bir həftə ərzində İran xalqının əzəmətli hərəkətinə görə minnətdarlıq edərək bildiriblər: İran xalqı bu hərəkətlə düşmənin geniş, son dərəcə təhlükəli və proqramlaşdırılmış məkrli planını məhv etdi.

Həzrət Ayətullahül-üzma Xamenei bu gün minlərlə səfərbər qüvvə ilə görüşdə səfərbər qüvvə həftəsi münasibəti ilə onları təbrik edərək bildiriblər: Düşmənlər son məkrli planı hazırlamaq üçün ağır xərclər ödəməli olmuşdular və planı təxribatlar, qətl və quldurluq hərəkətləri vasitəsi ilə həyata keçirmək üçün fürsət gözləyirdilər. Onlar benzinin qiymətinin artmasını gördükdə bunu gözlədikləri fürsət hesab edərək, öz qoşunlarını meydana gətirdilər, amma İran xalqı öz əzəmətli nümayişi ilə düşmənin bu hərəkətini məhv etdi.

İslam İnqilabının Böyük Rəhbəri təkidlə bildiriblər: İran xalqının müxtəlif şəhərlərdəki əzəmətli hərəkəti dünyanın zalım qüvvələrinə və beynəlxalq sionizmə bir yumruq olaraq onları geri oturmaq məcburiyyətində qoydu.

Həzrət Ayətullahül-üzma Xamenei hegemoniya quruluşunun İran xalqının düşməni olduğunu bildirərək deyiblər: Səfərbər qüvvələr xalq və ölkə üçün önəmli olduğuna görə, düşmənin məkrli planları və nüfuz cəhdlərinin hədəfindədir və onlar bu əzəmətli hərəkəti öz içindən əngəlləmək istəyirlər, əlbəttə, heç şübhəsiz ki, bu mübarizədə səfərbər qüvvələr qalib gələcəklər.

İslam İnqilabının Böyük Rəhbəri İslami quruluşa qarşı həmişə təhdidlərin mövcud olmasının səbəbi barədə bildiriblər: İslami quruluş islami dəyərlər və prinsiplərdən mənşə alır və İslam ədalət və azadlığın birbaşa bayraqdarıdır.

Həzrət Ayətullahül-üzma Xamenei Amerika, Avropa və digər ölkələrdə hegemoniya quruluşunun azadlıq və ədalətə zidd nümunələrinə toxunaraq bildiriblər: Hegemoniya quruluşu həmişə xalqların müstəqilliyinə qarşı çıxıb və onu təhqir edib, bu sahədə öz niyyətini dilə gətirməkdən belə çəkinməyib. Amerikanların açıq-aşkar dilə gətirdikləri kimi, onlar Suriyanın nefti üçün Fəratın şərqinə daxil olublar, yaxud icazəsiz olaraq İraqdakı öz hərbi bazalarına daxil olur və bu ölkənin dövlətinə heç etina etmirlər.

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: İranda səfərbər qüvvələr kimi geniş və əzəmətli bir toplum, yaxud onun bəzi ölkələrdəki başqa nümunələri digər toplumlarla müqayisədə daha çox hegemoniya quruluşunun düşmənçiliklərinin hədəfindədir, buna İraqdakı Həşdüşşəbi və Livandakı Hizbullaha qarşı müxalifətləri nümunə göstərmək olar.

 

Teqlər