Dek 07, 2019 20:42 Asia/Baku
  • İran region ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlıqları genişləndirməyə hazırdır
    İran region ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlıqları genişləndirməyə hazırdır

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin nəqliyyat məsələləri üzrə müavini Tehranın region ölkələri ilə nəqliyyat sahəsində əməkdaşlıqları genişləndirməkdə maraqlı olduğunu bildirib.

İRNA-nın məlumatına əsasən, Şəhram Adəmnejad cümə günü dekabrın 6-da Bakıda keçirilən Avropa-Asiya-Qafqaz Nəqliyyat Dəhlizi yəni TRASEKA-nın inkişafı üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasında çıxışı zamanı, İran İslam Respublikasının digər ölkələrlə effektiv və qarşılıqlı əlaqələr qurmağa hazır olduğunu bildirib, və bu əlaqələrin xüsusilə nəqliyyat sahəsində problemlərin aradan qaldırılması üçün önəmli olduğunu diqqətə çatdırıb.

İranlı nazir müavini beynəlxalq TRASEKA-nın 2016-2021-ci illər üçün inkişafına dair strategiyanın mövcudluğuna işarə edərək,vurğulayıb; İran İslam Respublikası hesab edir ki, bu strategiya TRASEKA dəhlizinin inkişafı planında fəal ölkələrin əməkdaşlıqlarının genişləndirilməsi üçün bir fürsətdir.

Ş.Adəmnejadın sözlərinə görə, informasiya, kommunikasiya və sənədlərin mübadiləsi, coğrafi mövqeyinə görə dəyərli olan İran da daxil olmaqla, üzv ölkələr arasında artmalıdır. Bundan əlavə ən çətin nöqtələrdə belə nəqliyyatın inkişafım üzrə layihələrin planlaşdırılması və icrasını nəzərə alınaraq, bu strategiya nəqliyyat və tranzit baxımından, Avropanın Asiya və Qafqaz ölkələrinə təhlükəsiz və əlverişli qovuşması üçün dəyərli bir fürsətdir. O sonra deyib ki, İran İslam Respublikası nəqliyyat diplomatiyasını inkişaf etdirmək məqsədi ilə bu iclasda iştirak edibdir.

Avropa-Asiya-Qafqaz Nəqliyyat Dəhlizinin inkişafı üzrə Beynəlxalq Hökumətlərarası Komissiyasının 14-cü iclası TRASEKA dəhlizi sazişində iştirak edən 13 ölkənin nəqliyyat sektorlarının nümayəndələri; o cümlədən İran İslam Respublikasından Yol və Şəhərsalma Nazirliyinin təmsilçisi Şəhram Adəmnejadın başçılıq etdiyi heyətin iştirakı ilə Bakı şəhərində keçirilib.