Yan 13, 2020 19:42 Asia/Baku
  • Amerikanın regiondan çıxması prioritetdə qərar tapmalıdır
    Amerikanın regiondan çıxması prioritetdə qərar tapmalıdır

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Amerikanın regiondan çıxması prioritetdə qərar tapmalıdır. O, deyib: Amerikanın terrorçu qüvvələrinin iştirakı ilə Qərbi Asiya bölgəsi heç vaxt sabitliyə, dincliyə və davamlı təhlükəsizliyə çatmayacaq.

Əli Şəmxani bu gün Tehranda Suriyanın baş naziri İmad Xəmislə görüşdə vurğulayıb ki, region ölkələrinin vəhdətilə bir zamanda Amerikanın İraqdan şər mahiyyətli çıxışı həyata keçəcək. O, əlavə edib: İran Əynuləsəd amerikan bazasına raketlər yağdırmaq və Amerikanın cinyətinə dağıdıcı cavab verməklə bir daha sübut etdi ki, heç bir şəraitdə öz milli təhlükəsizliyi və maraqlarının qorunmasında səhlənkarlıq etməyəcək.

Şəmxani söyləyib: Amerika prezidenti və onun axmaq müşavirləri elə zənn edirdilər ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini terror etməklə regionda müqavimət cəbhəsini dağılmağa düçar edəcəklər. O, deyib: General-leytenant şəhid Soleymaninin və onun silahdaşlarının qanları müqavimət cəbhəsinin daha da güclənməsinə və birliyinə, həmçinin region və dünya xalqlarının nifrətinə səbəb olacaq.

İmad Xəmis də İranın terrorizmlə savaşda Suriya xalqını himayə etməsi və böyük səyinə görə, təşəkkür edib və belə deyib: General-leytenant şəhid Soleymaninin məqsədi, Amerikanın, sionist rejimin və hegemonçuluq sisteminin təcavüzü və zülmü qarşısında məzlum xalqları müdafiə idi.

 

Teqlər