Yan 14, 2020 19:50 Asia/Baku
  • İran xalqı şəhid Soleymani ilə vida mərasimində 25 milyon nəfərlik iştiraka malik olub

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın sözçüsü deyib: İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Qasem Soleymaninin Əhvaz, Məşhəd, Tehran, Qum və Kerman şəhərlərindəki vida mərasimlərində 25 milyon nəfər iştirak edib.

Briqada generalı Rəməzan Şərif bu gün Tehranda keçirilən general-leytenant şəhid Qasem Soleymaninin anım mərasiminin kənarında əlavə edib: Bu iştirak Amerika üçün aydın bir mesajdır ki, İran xalqı vahid şəkildə amerikalılarla mübarizənin aparılmasını istəyir. Onlar Sepah-dan istəyirlər ki, Amerikanı bütün səhnələrdə məğlub etsin.

Şərif bildirib ki, Qərbi Asiyanın gələcəyi amerikalılarsız və bu bölgədəki böyük ölkələrin və xalqların istiqlaliyyəti ilə olacaq. O, vurğulayıb: Bu yolun sonu, sionist rejimin məhvi və Fələstin xalqının hakimiyyəti olacaq.

İraq başçılarının rəsmi dəvəti ilə yanvarın 3-də bu ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani İraqın Xalq Səfərbər Qüvvələri başçısının müavini Əbu Məhdi Əlmuhəndis və daha səkkiz nəfərlə birlikdə amerikalı təcavüzkar və terrorçu qüvvələrin Bağdaddakı hava limanı yaxınlığında həyata keçirdikləri hava hücumunda şəhid oldu.