Yan 15, 2020 09:42 Asia/Baku
  • Avropanın hərəkəti strateji səhvdir
    Avropanın hərəkəti strateji səhvdir

İranın xarici işlər naziri Yeni Dehlidə Almaniya federal hökumətinin xarici işlər üzrə müşavir naziri Nils Annen ilə görüşdə avropalıların öz öhdəlikləri qarşısındakı sədaqətsizliklərini kəskin tərzdə tənqid edib.

Məhəmməd Cavad Zərif avropalıların “mübahisələrin tənzimlənməsi mexanizmi”ndən istifadələrini hüquqi cəhətdən əsassız, siyasi cəhətdən isə strateji səhv adlandırıb.

Nils Annen də bildirib ki, İran İslam Respublikası ilə əlaqələr avropalılar üçün önəmlidir. O, deyib ki, Avropanın mövqeyi nüvə anlaşmasını müdafiə və himayədir və üç Avropa ölkəsinin bəyanatının ruhu nüvə anlaşmasını pozmaq deyildir.

Almaniya, İngiltərə və Fransa dünən bir bəyanat yayaraq, nüvə anlaşmasındakı “mübahisələrin tənzimlənməsi mexanizmi”ni fəal etdilər.

Nüvə anlaşmasındakı mübahisələrin tənzimlənməsi mexanizminə görə, hər hansı bir ölkənin bir tərəfin bu müqaviləni pozması ilə "əhəmiyyətli dərəcədə uyğunsuzluq" iddiası varsa, iddia çox etaplı, nisbətən uzun müddətli bir dövrdə araşdırılacaq.

Avropalılar iddia edirlər ki, İranın nüvə anlaşması öhdəliklərinin azaldılması çərçivəsindəki hərəkətləri mübahisələrin tənzimlənməsi mexanizmini fəallaşdırmağa zəmin yaradıb.

Almaniya, İngiltərə və Fransa Amerikanın 2018-ci il mayın 8-də qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarını təmin etməklə bu anlaşmanı qoruyacaqlar, amma onlar indiyədək bu vədlərinin yerinə yetirilməsi istiqamətində heç bir uğur qazanmayıblar.

İran dövləti 2020-ci il yanvarın 5-də bir bəyanatda İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılması üzrə 5-ci və sonuncu addımın atıldığını elan etdi.