Fev 13, 2020 08:58 Asia/Baku
  • İranın sionistlərin hər cür ağılsız hərəkətinə cavabı dağıdıcı olacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası sionist rejimin İranın Suriya və regiondakı maraqlarına qarşı hər cür ağılsız hərəkəti və təcavüzünə cavabı dağıdıcı və peşmanedici olacaq.

Seyyed Əbbas Mousəvi sionist rejimin məsul şəxslərindən birinin iddiaları və təhdidlərinə cavab olaraq, vurğulayıb: Bu rejimin əsası və mahiyyəti ötən 70 ildə Fələstinin və qonşu ölkələrin işğalına, qırğına, əmlakın qarətinə, terrora və təcavüzə söykənibdir.

Mousəvi əlavə edib: İran İslam Respublikasının Suriyada iştirakı bu ölkə hökumətinin dəvəti və həmin hökumətlə razılıq əsasında, eləcə də ABŞ və sionist rejimin himayə etdikləri terrorizmlə mübarizə məqsədilə həyata keçirilib və İran Suriyadakı iştirakı qorumaq, həmçinin özünün milli təhlükəsizliyi və regional maraqlarını müdaifə etmək sahəsində bir an belə ləngiməyəcək və güzəştə getməyəcəkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası Qüdsü işğal etmiş rejimin təhdidləri və militarist ifadələrini beynəlxalq təşkilatlarda izləyəcəkdir.

Sionist rejimin müharibə naziri Naftali Bennet İran İslam Respublikasına qarşı əsassız iddiaları təkrar edərək, deyib: Təl-Əviv ardıcıl şəkildə çalışır ki, İranı zəiflətməklə onu Suriyadan çıxmağa məcbur etmiş olsun.

 

Teqlər