Fev 15, 2020 15:26 Asia/Baku
  • İran xalqının tab gətirməsi beynəlxalq nəzarətçilər üçün heyrətamizdir
    İran xalqının tab gətirməsi beynəlxalq nəzarətçilər üçün heyrətamizdir

İslam İnqilabının Böyük Rəhbəri İranın müqavimətli xalqının 22 bəhmən yürüşündəki iştirakına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin dəfn mərasiminə işarə edərək, vurğulayıblar: İran xalqının vəhşi Amerika nəhənginin təzyiqləri qarşısında tab gətirməsi beynəlxalq nəzarətçiləri heyrətə salıbdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Əhli-Beyt(ə) mədhiyyəçiləri və zakirlərindən minlərlə nəfərlə görüşdə mədhiyyəçilər icmasının mühüm vəzifələrindən birini, islami həyat tərzini yaymaq və dərinləşdirmək adlandırıb və belə vurğulayıblar: Əgər düşmənin mədəni hücumlar dalğası qarşısında həyat tərzini düzgün və onun islami istiqamətinə qaytarmaq istəsək, yeganə çarə, mədəniyyət yaratmaqdır.

İslam İnqilabının Böyük Rəhbəri islami həyat tərzi və yüksək dini maariflərdən birini Allah-Taalaya təvəkkül etmək və düşməndən qorxmamaq mədəniyyəti adlandırıb və belə söyləyiblər: Əgər inqilabın ilk günlərində deyilərdisə; İran regional nüfuz, siyasi yer, elm və texnologiya dərəcəsi cəhətdən hazırkı mərhələyə çatacaq, heç kəs inanmazdı, amma İran xalqı Allaha təvəkkül etdi və heç bir gücdən qorxmadı və irəliləyişlərin bu mərhələsinə nail ola bildi.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin Qərb medialarının Amerikanın qarşısında geriyə çəkilməsi məqsədilə İran xalqını qane etmək istiqamətindəki geniş təbliğatları və araşdırma mərkəzlərinin proqarmlaşdırmalarına işarə edərək, vurğulayıblar: İran xalqı Allah-Taalanın lütfkarlığı ilə indiyədək müqavimət göstərib və bundan sonra da müqavimət göstərəcək, amma bu müqavimət cəmiyyətə mənəvi qüvvənin ardıcıl şəkildə aşılanmasına ehtiyaclıdır.

O həzrət İran İslam Respublikasında qəhrəmanlıq əhval-ruhiyyəsinin yaşamaqda davam etdiyini bildirərək, söyləyiblər: İran xalqı qəhrəmanlıq və şövqlü iştiraka ehtiyac olan bütün hadisələrdə meydana gəlib, amma bu əhaval-ruhiyyənin davam etməsi mədəniyyətyaratma və dini maariflərin dərinləşdirilməsinə ehtiyaclıdır.

İslam İnqilabının Böyük Rəhbəri bu həssas vəzifələri mədhiyyəçilər icmasının məsuliyyətlərindən adlandrıb və belə qeyd ediblər: Allah-Taalanın lütfkarlığı ilə İran İslam Respublikası forması hər cəhətdən mükəmməldir, zira islami quruluş, yaxşı hərbi sərkərdə, gənc və çox stimullu elm xadimləri, ciddi-cəhdli, qeyrətli və sənətkar mədəniyyət xadimləri və bütün sahələrdə işə hazır olan xalqa malikdir. Buna görə, bu kimi imkanlarla Allah-Taalanın lütfkarlığı ilə geniş düşmən cəbhəsi üzərində qəti və yekun qələbə İran xalqına aiddir.