Fev 25, 2020 08:13 Asia/Baku
  • Zərif və Çavuşoğlu koronavirusu müzakirə ediblər
    Zərif və Çavuşoğlu koronavirusu müzakirə ediblər

İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu dünən gecə regionda koronavirusun yayılması mövzusunu telefonda müzakirə ediblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu telefon söhbətində Zərif və Çavuşoğlu koronavirus ilə mübarizə yollarını, profilaktik və səhiyyə prinsiplərinə riayət edilərək gediş-gəlişlərin davam etdirilməsinin vacibliyini araşdırıblar.

Koronavirus ilk dəfə ötən milad ilinin axırlarında Çinin şərqində yerləşən Hubey vilayətinin Vuhan şəhərində müşahidə olundu və bu gün Çinin 30 vilayətindən əlavə Amerika, Britaniya, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri də daxil 25 ölkəyə yayılıb. 

Son statistik məlumatlara görə, indiyədək dünyada 79 min insan koronavirusa yoluxub, bu saydan 18 min nəfər müalicə olaraq xəstəxananı tərk edib, 2400 nəfər isə həyatını itirib.