Apr 06, 2020 19:54 Asia/Baku
  • Silahlı qüvvələr İran xalqının cansağlığı üçün əllərindən gələni əsirgəməyəcəklər
    Silahlı qüvvələr İran xalqının cansağlığı üçün əllərindən gələni əsirgəməyəcəklər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkənin tibb icmasının koronavirusla mübarizə sahəsindəki səylərini yüksək dəyərləndirib. Vurğulayıb ki, silahlı qüvvələr ölkənin səhiyyə məcmuəsinin kənarında İran xalqının cansağlığı üçün əlindən gələni əsirgəməyəcəklər.

General-mayor pasdar Mohəmməd Baqeri bir müraciətdə bir qrup İran vətəndaşının koronavirus pandemiyasından həyatını itirməsindən təəssüf ifadə edərək, söyləyib: İranın səhiyyə və müalicə kadrının insanların həyatının xilas edilməsi üzrə gecəli-gündüzlü səy və fəaliyyəti xalis səhnələr yaradıbdır.

General Baqeri deyib: Ölkənin səhiyyə və müalicə məcmuəsinin səyləri ilə bir zamanda, İranın Silahlı Qüvvələrinin- ordunun, Sepah-ın, müdafiə nazirliyi və hüquq-mühafizə qüvvələrinin səhiyyə və müalicə bölmələri də müxtəlif sahələrdəki bütün maddi və mənəvi imkanlarından istifadə, o sıradan tibb və səhiyyə tədbirləri, bina və keçidlərin çirklənmələrinin aradan qaldırılması, dispanserləşdirilmə, ixtisas vəsaitlərinin istehsalı, sabit xəstəxanaların fəaliyyət göstərmələri, həmçinin çox sayda səyyar xəstəxana və sağlamlıq mərkəzinin yaradılması ilə bu xəstəliklə mübarizə məsələsində təsirli və təyinedici rol oynaya biliblər.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi habelə İran xalqının müxtəlif təbəqələrinin xəstəxanalar və müalicə mərkəzləri ilə yanaşı olmaları və həkim və şəfqət işçiləri ilə həmkarlıq etmələrinə görə öz dərin minnətdarlığını bildiribdir.

SİLAHLI QÜVVƏLƏR XALQIN SAĞLAMLIĞININ KEŞİYİNDƏDİRLƏR