May 28, 2020 11:12 Asia/Baku
  • Əli Laricani Rəhbərin müşaviri təyin olunub

İran İslami Şura Məclisinin sabiq spikeri Əli Laricani Ali Rəhbərimiz Ayətullahuluzma Xameneinin müşaviri təyin olunub.

SəhərAzəri xəbər verib, İslam İnqilabının Ali Rəhbəri Ayətullahuluzma Seyid Əli Xamenei Əli Laricanini öz müşaviri və Məsləhət Şurasının üzvü təyin edilməsinə dair sərəncam imzalayıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hökmündə deyilir: İran İslam Şurası Məclisinə üç çağırışda sədrlik xüsusiyyət təşkil etməklə müxtəlif bölmələrdəki müdiriyyət dövründə malik olduğunuz faydalı təcrübələrə əsasən, sizi Rəhbərin müşaviri və İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının üzvü təyin edirəm.

Həzrət Ayətullahuluzma Xamenei sonra bildiriblər: Ümid edilir ki, bu məsuliyyət quruluşun yüksək hədəflərinin xidmətində olacaq.

 

Teqlər