Sen 11, 2020 06:51 Asia/Baku
  • Müharibə hər bir formada pisdir

İranın xarici işlər naziri dünən gecə tvitterdə Amerika prezidenti Donald Trampa xitabən bildirib ki, müharibə hər bir formada pisdir.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Trampın bir tərəfdən, müharibəni tənqid etməsi, digər tərəfdən isə Qərbi Asiya ölkələrinə silah satması kimi ikiüzlülüyünə işarə ilə yazıb: Donald Tramp Birləşmiş Ştatların, bu ölkənin silah şirkətlərinin ciblərini doldurmaq məqsədilə müharibəyə susadığını etiraf etsə də onun özü məhz həmin şirkətlərin silah və sursatlarının Qərbi Asiya bölgəsinə satışı üçün möhkəm şəkildə bazar qızışdırmaqla məşğuldur.

Zərif sonra yazıb: Tramp bu qənaətdədir ki, soyuq müharibə yaxşıdır, çünki ticarətin xeyrinədir, halbuki odlu müharibə belə deyildir; amma müharibə hər bir formada pisdir.

ABŞ prezidenti son zamanlar bir çıxışda bu ölkə ordusuna tərif və təşəkkürlər yağdıraraq, demişdi ki, o, ordu generallarını deyil, əsgərləri sevir, zira onlar bomba və digər silahlar düzəldən dırnaqarası fövqəladə şirkətlərin ciblərini doldurmaq üçün daima müharibə qızışdırmaqdadırlar.

Amerika dünyada ən iri silah ixracatçısı kimi Qərbi Asiya bölgəsində terror qruplarının təşkil və təchiz edilməsi və əmin-amansızlığın genişləndirilməsində böyük rol oynayır.

Amerika silahları daha çox Suriya, Yəmən və Əfqanıstan da daxil olmaqla regiondakı savaşlarda mülkiləri qırmağa sərf olunur.

Teqlər