Sen 19, 2020 19:16 Asia/Baku
  • Müqavimət ruhiyyəsi İslam İnqilabını təhdidlər qarşısında qoruyur

Müqəddəs Müdafiənin dəyərli təcrübələri strateji ehtiyaca cavabdeh və sionist rejimin məhvi üçün başlanğıcdır.

Səhər Azəri bildirir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahı Müqəddəs Müdafiə Həftəsi münasibətilə yaydığı bəyanatda bildirib.

İranın Silahlı Qüvvələrinin Baş Qərargahı 8 illik Müqəddəs Müdafiənin dəyərli təcrübələrini ölkənin önləyicilik qabiliyyətinin yüksəldilməsi üçün strateji ehtiyaclara cavabdeh və sionist rejimin məhv edilməsi üçün bir başlanğıc kimi dəyərləndirib.

İRİB-nin məlumatına görə, İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bir bəyanatda Müqəddəs Müdafiənin 40 illiyini əziz tutaraq, bəyan edib ki, cəmiyyətdə müqavimət ruhunun cərəyan etməsi İslam İnqilabını həmişə çağırışlar, böhranlar və qəbul etdirilmiş problemlər xüsusilə sanksiyalar və müstəmləkəçilərin təhdidləri qarşısında qoruyub və İranın müdafiə xarakterli önləyicilik qabiliyyətini yüksək səviyyəyə çatdırıb və gecə yuxusunu dünya müstələkəçiləri və hegemonçu quruluşa haram edib.

Günəş təqvimi ilə Şəhrivər ayının 31-i İran təqvimində Müqəddəs Müdafiə Həftəsinin ilk günüdür.

İraqın devrilmiş diktatoru Səddam rejiminin təcavüzkar ordusu 1361-ci günəş ili Şəhrivər ayının 31-i 1980-ci miladi ili sentyabr ayının 22-i Tehranı bir həftə ərzində fəth edəcəyi xülyası ilə müxtəlif silahlardan istifadə edərək, İrana qarşı geniş hücumlara başladı.  

Teqlər