Okt 06, 2020 09:42 Asia/Baku
  • Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi bir tvittdə, Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi əməliyyatların dərhal dayandırılması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlanması vacibliyini vurğulayıb.

 SəhərAzəri İRNA-ya istinadla xəbər verir, Səid Xətibzadə bu tvittdə, tərəflərin müharibə qanunlarına əməl etməli və mülkiləri hədəfə almaqdan çəkinməli olduğunu vurğulayaraq, əlavə edib: "İran dərhal atəşkəsə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etməyə və Qarabağ münaqişəsinin həlli üçün siyasi danışıqların başlanmasına çağırır".

Bundan əvvəl də Xətibzadə İran torpağına edilən bəzi təcavüzlər barədə vurğulayıb: "Bölgədə toqquşan hər hansı bir tərəfin ölkəmizə ehtimali təcavüzünü dözülməz hesab edirik".

Son günlərdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında baş verən qarşıdurmalar zamanı İran İslam Respublikası ərazisinə bir neçə mərminin düşməsi nəticəsində bir beş yaşlı uşaq yaralanıb.

Teqlər