Okt 22, 2020 20:42 Asia/Baku
  • Ruhani ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub

İran İslam Respublikası prezidenti ilə Türkiyə Prezidenti ikitərəfli əlaqələrin genişləndirilməsi vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bu gün axşamçağı baş tutan telefon danışığı zamanı, iki ölkə münasibətlərini digər qonşular üçün bir örnək kimi xarakterizə edib və İranla Türkiyə arasındakı anlaşmaların, xüsusilə ticarət və bank sektoru sahələrindəki anlaşmaların ən tez bir zamanda həyata keçirilməsinə çağırıb.

Ruhani, həmçinin regionda terrorizm ilə mübarizəni vacib bir məsələ adlandırıb və əlavə edib: "Terror qruplaşmaları region üçün böyük təhdid ola bilərlər".

İran İslam Respublikası prezidenti telefon söhbətinin digər bir hissəsində Qarabağ bölgəsi böhranı və İranın Azərbaycan Respublikası və Ermənistan ilə həmsərhəd şəhərlərinin təhlükəsizliyinin qorunması vacibliyinə toxunaraq, deyib: "Müharibə həll yolu deyil və bu problem danışıqlar yolu ilə həll edilməlidir".

Ruhani xatırladıb ki, Türkiyə və İran regionun iki güclü ölkəsi olaraq, həmçinin Rusiya sülh və sabitliyin təmin edilməsinə öz töhfəsini verə bilərlər və bu üç ölkə arasında davamlı əməkdaşlıq Suriya böhranının həlli üçün də zəruridir".

Türkiyə prezidenti də bu telefon danışığında İranı Türkiyənin yaxşı qonşusu və dostu kimi dəyərləndirib və deyib: "Türkiyə, İranı ABŞ-ın birtərəfli sanksiyaları qarşısında qorumağa davam edəcək və keçmişdə olduğu kimi ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər cür səy göstəcəkdir".

Ərdoğan, terrorizmə qarşı mübarizədə İranla əməkdaşlığın bölgədə sülh və təhlükəsizliyin təmin edilməsində vacib bir amil adlandırıb və bu əməkdaşlığın davam etməsi vacibliyini vurğulayıb.

Türkiyə prezidenti, həmçinin Qarabağ münaqişəsində İran ilə Türkiyənin əməkdaşlığının böhranın dialoq yolu ilə həll edilməsinə və bölgədə sülh və sakitliyin bərqərar edilməsinə səbəb olacağına ümidvarlıq ifadə edib.

Teqlər