Mart 18, 2016 10:31 Asia/Baku
  •  “Sarkisyanın səfərləri xarici siyasətin fәallığı kimi qəbul edilmәmәlidir”

Rasim Musabəyov: “Sarkisyanın səfərləri xarici siyasətin fәallığı kimi qəbul edilmәmәlidir”

Artıq bir müddətdir ki, Ermənistanın xarici siyasətində müəyyən hərəkətlilik müşahidə olunur. Sarkisyanın Rusiyaya səfər etməsi, bu günlərdə ABŞ səfərinin gözləntisi və s. kimi proseslər diqqət cəlb edir. Bu səfərlərin müəyyən mənada Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığının olması da heç də istisna edilə bilməz. Bu baxımdan bu səfərlərin nəticələri kifayət qədər önəmli ola bilər.

Politoloq Rasim Musabəyov deyib ki, Sarqsyanın bu səfərlərini xüsusi bir fəallıq adlandırmağa dəyməz: “Mən Ermənistanın xarici siyasətində olan bu səfərlərin bir aktivlik olduğunu düşünmürəm. Sarkisyan bir müddət öncə Rusiyaya getdi. Ondan sonra isə Kipr və Yunanıstana səfərlər etdi. Halbu ki, Kipr və Yunanıstan bu dəqiqə ən böhranlı durumlarını yaşayır. Eyni zamanda bu ölkələrin beynəlxalq çəkisi çox cüzidir.

 

Bu baxımdan Ermənistanın bu ölkələrdən hər hansısa bir yardım ala bilməsi mümkün deyil. Sarkisyanın ABŞ səfəri daha çox nüvə texnologiyaları ilə bağlı sammitlə bağlıdır. Azərbaycanın ölkə başçısı da həmin sammitdə iştirak edəcək. Bu baxımdan Sarkisyanın bu səfərlərini xüsusi bir fəallıq adlandırmağa dəyməz. Eyni zamanda Dağlıq Qarabağ konflikti ilə də bağlı təəssüflər olsun ki, hələlik heç bir müsbət dəyişiklik gözləmirəm”.

 

/Deyerler.org/


Teqlər

Şərhlər