May 21, 2018 09:34 Asia/Baku
  • Qasimi: İran ƏMTP-dən kənar müzakirə aparmır
    Qasimi: İran ƏMTP-dən kənar müzakirə aparmır

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Tehran heç bir mövzu barədə nüvə sazişindən kənar müzakirə aparmır.

Bəhram Qasimi bəzi xarici mediyalarının  yeni razılıq qarşılığında İrana yeni paketin təqdim olunması barədə iddialarına toxunaraq deyib: Bu kimi iddialar, sionistlərin və digər beynəlxalq anarxistlərin və İran xalqının bədxahlarının düşüncə mərkəzlərindən mənşə alır, onlar mənfi atmosfer yaratmaq və İran ilə nüvə sazişinin digər tərəfləri arasında danışıqların istiqamətini dəyişmək məqsədi ilə bu hərəkətlərə əl atırlar. 

Qasimi deyib: İran İslam Respublikası açıq-aşkar şəkildə bildirir ki, digər tərəflər İranın Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsindəki hüquqlarını riayət edə və ona tam əməl edə bilərlərsə razılaşma davam edəcək və digər ortaya atılan mövzular əsassız və uydurmadır və etina ediləsi deyildir. 

Teqlər