Dek 29, 2020 15:22 Asia/Baku
  • ABŞ-nın Şəhid Süleimaniyə qarşı qorxaqlıqla keçirdiyi terror aktı, böyük bir səhv idi

Ölkəmizin Xarici İşlər Nazirliyi bir Twitter mesajında Şəhid General Süleymaniyə qarşı qorxaqlıqla keçirilən terro aktını, ABŞ-nın kobud səhvi adlandirib.

SəhərAzəri xəbər verir, Ölkəmizin Xarici İşlər Nazirliyi bu gün, çərşənbə axşamı, Sərdar Hac Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində bu nazirliyin virtual səhifəsində, "Heç vaxt bağışlamayacağıq, Heç vaxt unutmayacağıq" haştagı ilə yazıb: ABŞ Şəhid General Süleymaniyə qarşı qorxaqlıqla terror aktı keçirərək, böyük bir səhv edib. İraq parlamenti üzvlərinin Amerika qüvvələrini qovmaq üçün verdikləri səslər, bölgəmizdəki bu pis varlığın sonunun başlanğıcıdır. Bölgəmiz ABŞ-ın qanun pozucu rejiminin müdaxiləsindən həddindən artıq əzab çəkib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.

Teqlər