Yan 10, 2021 14:58 Asia/Baku
  • “İslam dünyası müəyyən ölkələrin təkfirçi qrupları dəstəkləməsinin qarşısını almalıdır”

Səid Xətibzadə İŞİD terror qruplaşması tərəfindən Pakistanın Bəluçistan vilayətində 11 şaxtaçının qətlə yetirilməsini qınayıb.

SəhərAzəri xəbər verir, Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu barədə deyib: Bu cinayət aktı bir daha təkfirçi və terrorçu qruplarla mübarizədə bölgədəki bütün ölkələrin əməkdaşlığının vacibliyini vurğulayır.
Xətibzadə əlavə edib: İslam dünyası ölkələrinin bütün səylərini, bu ekstremist və təkfirçi qrupların fikri əsasları və onların maliyyələşdirilməsi yollarını aradan qaldırmaq üçün birlikdə çalışmaq lazımdır; Və fərqli dinlərə və inanclara mənsub olan günahsız insanlara qarşı şiddəti aradan qaldırmaq məqsədi ilə bu qrupların müəyyən ölkələr tərəfindən davamlı dəstəyinin qarşısını almaq zəruridir.

 

 

 

Teqlər