Fev 27, 2021 18:53 Asia/Baku
  • ABŞ-ın İran ilə AEBA arasındakı münasibətləri pozmağa dair səyləri

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü, İran ilə Atom Enerjisi Beynəlxalq Agentlik arasındakı əməkdaşlığın texniki və daxili razılaşmalar çərçivəsində olduğunu söyləyib.

SəhərAzəri xəbər verir ki. Əbulfəzl Əmuyi ABŞ-ın İranın nüvə fəaliyyətini zəiflətmək  üçün  Atom Enerjisi Beynəlxalq Agentliyinin İdarə Heyətində anti-İran qətnaməsini qəbul etdirməkdəki səyinə dair söhbətlərində deyib: İranın nüvə fəaliyyətlərini gücləndirməsi və Əlavə Protokolun könüllü tətbiqini dayandırması qarşı tərəflərin üzərlərinə düşən öhdəliklərini yerinə yetirmədikləri üçün cavab adımıdır.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü, İranın yeni hərəkətlərinin Əhatəli Müştərək Təşəbbüs Proqramının 36-cı maddəsi çərçivəsində reaktiv bir hərəkət olduğuna işarə edərək, İranın sülhsevər nüvə fəaliyyətini bərpa etmək və gücləndirmək hüququna sahib olduğunu qeyd edib.

 

Əmuyi, Qərb tərəfindən bir addım atılacağı təqdirdə, sanksiyaların qaldırılması və götürdükləri öhdəliklərin yerinə yetirəcəklərini söylüyərək qərblilərin İran ilə BAEA arasındakı əməkdaşlığı pozacaqlarına dair düşünmədiklərinə təkdi edib.

 

Teqlər