Apr 08, 2021 13:43 Asia/Baku
  • Gömrük Sözçüsü: Sərhədlərdə ticarətimiz davam edir

İran İslam Respublikasının Gömrük Təşkilatının Sözçüsü Seyyid Ruhullah Lətifi, Korona virus epidemiyasına baxmayaraq ölkənin sərhədlərində ticarətin davam etdiyini bildirdi.

SəhərAzəri-nin xəbərinə görə Lətifi bu haqda deyib ki:Türkiyə sərhədində ticarət mövzusu hər hansı bir xüsusi çətinlik ilə qarşılaşmır, ancaq Korona virus epidemiyası başladığı ilk günlərdən etibarən bu sərhədlərdən gediş-gəlişlərə məhdudlaşdırma tətbiq olunmağa başladı və ancaq xüsusi icazəli kəslər bu sərhədlərdən keçə bilir.

İraq sərhədi haqqında da danışan Lətifi, bu sərhəddə eyni qaydaların tətbiq edildiyini qeyd etdi.

İran Gömrük Təşkilatının sözçüsü Lətifi, Əfqanıstan sərhədində həm ticari malları və həm müsafirlərin keçişində problem olmadığını, burada sərhədə gələn yük maşınıların yükü boşaldılaraq qarşı ölkənin yük maşınılarına yenidən yükləndiyini qeyd etdi.

Lətifi Türkmənistan sərhədində isə müsafir keçişi qadağan olduğunu, ticari malların keçişinin də çox məhdud reallaşdığını vurğuladı.

 

Teqlər