İyun 08, 2021 18:24 Asia/Baku
  • İranın yol və şəhərsalma naziri Azərbaycan Respublikasına daxil olub

İranın yol və şəhərsalma naziri İran ilə Azərbaycan Respublikası arasındakı birgə layihələrin izlənilməsi və bir neçə memorandumun imzalanması məqsədilə Naxçıvan Muxtar Respublikasına daxil olub.

 SəhərAzəri-nin məlumatına əsasən, Ordubad dəmiryolu stansiyasında, həmçinin Naxçıvan şose və dəmir yollarında olmaq, eləcə də Astara dəmiryolu terminalı və yükdaşıma məntəqəsinə baş çəkmək və Azərbaycan Respublikasının nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşmək İranın yol və şəhərsalma naziri Mohəmməd Eslaminin bu ölkəyə ikigünlük səfərinin proqramlarındandır.

Bu səfərdə İranın yol və şəhərsalma nazirini İranın dəmiryolu şirkətinin icraçı direktoru və baş nazir müavini Səid Rəsuli müşayiət edir.

Teqlər